
Pullu reklamdan pul əldə etmək yolları.
Sosial mediada və bütün internet vasitələrində pul qoyub qarşılığında pul əldə etmək asan, əlverişli və faydalı üsul olub, rəqəmsallaşan dünyanın ayrılmaz bir hissəsinə çevrilmişdir.
Reklam nədir?
Reklamın əsas məqsədi bir çoxları tərəfindən çatdırılmaq istənilən informasiya, mesaj və hərəkətə gətirici xarakter daşıdığı formatında qəbul olunub. Başqa bir tərəfdən baxsaq, reklamın əsas məqsədi hansı informasiyanın ötürülməsi deyil, informasiyanın kimə ötürüləcəyini özündə əks etdirməkdir.
Sosial media reklamları Sosial media platformaları günümüzün ayrılmaz bir hissəsinə çevrilib. Gündəlik olaraq milyardlarla insanın istifadə etdiyi platformalarda istifadəçilər şəxsi gündəmini, bəyəndiyi postları və bir sıra paylaşımları həmin kanallar vasitəsilə həyata keçirir. Düşünün ki, uzun bir günün ardından evdəsiniz və uzun zamandır evinizə tozsoran, paltaryuyan, ətçəkən və s. avadanlıqları almalısınız amma buna vaxt etməyə imkan tapa bilməmisiniz. Sosial media platformalarında yerləşdirilən reklamlar sırf istifadəçilərin ehtiyaclarına yönəlmiş məhsulları özündə əks etdirir.
Bəs sosial media platformaları nəyə ehtiyacınız olduğunu haradan bilir? Sizin Google və ya həmin platforma üzərindən bəyəndiyiniz, paylaşdığınız, axtardığınız və hətta mesaj vasitəsilə tanışlarınıza göndərdiyiniz məhsullardan data olaraq istifadə edilir və ehtiyaclarınıza xitab edən məhsullar reklam cildində qarşınıza çıxır. Bununla da, uzun zamandır axtardığınız, lakin vaxt tapıb ala bilmədiyiniz məhsullar endirimli şərtlərlə və ya xüsusi kampaniya çərçivəsində sizin diqqət mərkəzinizə çevrilir. Google reklamları Axtarmaq istədiyimiz xidmətləri, məhsulları, kampaniyaları və s. haqqında geniş məlumatlar Google axtarış sistemində geniş yer alır. Bəs şirkətlərin Google sistemi üzərindən reklama qoyduqları məhsullar hansı kanallar vasitəsilə bizə gəlib çatır?
Az öncə qeyd etdiyimiz kimi, sosial media platformalarında ehtiyaclarınıza uyğun məhsulları, kampaniyaları və s. axtardıqda sistem özü sizin qarşınıza bir neçə seçim çıxarır. Həmin metod Google reklamları üçün də keçərlidir. Axtardığınız məhsulların saytına daxil olub müəyyən vaxt çərçivəsində həmin məhsul haqqında məlumat əldə etdiyinizdə, digər saytlara daxil olduğunu zaman (əgər həmin sayt dəstəkləyirsə), əvvəl axtardığınız məhsullar fərqli kampaniyalarla, endirimli şərtlərlə və ya sadəcə xatırlatma xarakterli olaraq qarşınıza çıxır.
Google reklamlarının faydaları
- Daha sürətli və güvənilirdir
- Testinq dönəmindən istifadə edərək hansı ödənişli reklamınızın daha effektiv olduğunu Google platforması özü sizə bildirir
- Reklama qoymaq istədiyiniz vizualı əvvəlcədən planlayıb yerləşdirə bilərsiniz. Yəni, bu gün reklamı yerləşdirib, gələn həftənin 3-cü günündən başlamasını rahatlıqla tənzimləyə bilərsiniz.
- Hədəf kütləsini seçə və hədəf kütləsini retargeting edərək geniş müştəri kütləsi qazana bilərsiniz.
- Reklamın ödənişini yalnız izləyicilər və istifadəçilər klik etdikdən sonra həyata keçirirsiniz.
Yerli bazarda Google reklamları effektiv olmağı ilə yanaşı bir sıra funksiyalarına görə bəzi platformalardan geridə qalır. Məsələn, Google Azərbaycan dilini dəstəkləmir. Azərbaycan dilini dəstəkləyən və Google reklamları qədər effektiv olan platformalar:
- Adviad
- Eskim- RTB House
Sadalanan platformalar haqqında daha ətraflı məlumat əldə etmək üçün bloqlarımızı izləməyə davam edin!